Azərbaycanda ağır qəza: İki filial müdiri həlak oldu

Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində iki minik avtomobili toqquşub.

Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.

Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.

Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR