“Qarabağ” doğma meydanda “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında onuncu tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun sonuncu oyununda Azərbaycan çempionu “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edib.

“Azersun Arena”da oynanılan matç Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ölkəmizdə UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın heyətində Ramil Şeydayev dubl edib, Musa Qurbanlı isə fərqlənib. “Sumqayıt”ın qolunu isə Almir Aqanspahiç vurub.

Xallarının sayını 27-ə çatdıran “Qarabağ” turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Sumqayıt” klubu 4 xalla doqquzuncudur.

Hesabında 25 xal olan “Sabah” klubu turnir cədvəlində ikinci, “Neftçi” 22 xalla üçüncü pillədə yer alıblar. “Zirə” və “Qəbələ” 16 xalla 4-5-ci yerdə qərarlaşıblar. “Turan Tovuz” (12 xal) altıncı, “Səbail” (9) yeddinci, “Kəpəz” (4) səkkizinci, “Şamaxı” (3) isə onuncudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR