“Fənərbaxça”nın ulduz futbolçusu Avropa nəhənginə keçir -

Almaniya "Bavariya"sı Türkiyənin "Fənərbağça" klubunda çıxış edən Arda Güleri transfer etmək istəyir.

Metbuat.az "Takvim"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 17 yaşlı istedadlı yarımmüdafiəçinin oyununu yaxından izləyir."Bavariya" klubu Arda Güleri izləmək üçün Türkiyəyə nümayəndə də göndərib. İddia edilir ki, Arda Güler Almaniyada oynamağa etiraz etmir.

Qeyd edək ki, Arda Güler "Fənərbağça"nın əsas komandasında indiyədək 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsi 2025-ci ildə başa çatmalıdır. Onun transfer məbləğinin azı 25 milyon avro olacağı irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR