Sabah toyu olacaq qadın taksidə ağır qəzaya düşdü -

Mingəçevirdə iki avtomobil toqquşdu, maşınlardan biri lil axını kanalına düşdü.

Metbuat.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hadisə Günəşli yaşayış massivi birinci paralel küçəsində baş verib.

"Kia" markalı avtomobillə toqquşan "Mersedes" markalı taksi xidməti göstərən maşın toqquşmanın təsirindən idarəetməni itirərək lil axını kanalına düşüb.

İlkin məlumata görə, yaralı taksı sürücüsü xəstəxanaya aparılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub.

Məlumata görə, xanımın sabah toyu olacaqdı.

Faktla bağlı araşdırma başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR