Düşmənin hücumlarından qorxmuruq -

Prezident Vladimir Zelenski Rusiya ordusunun hücumlarının Ukrayna xalqının birliyini poza bilməyəcəyini ifadə edib.

Metbuat.az xəbər verir ki, Zelenski Kiyevə bu gün təşkil edilən dron hücumları ilə bağlı danışarkən belə deyib. O bildirib ki, düşmənin Ukrayna şəhərlərinə hücumu xalqın iradəsini qıra bilməz. Zelenski kamikadze dronlarla bir neçə şəhərin hədəfə alındığını açıqlayıb.

Xatırladaq ki, Kiyevdə bir neçə partlayış səsləri eşidilib. Fəsadlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR