İlin ən yaxşı gənc futbolçusu o seçildi -

"Qızıl top"un təltifetmə mərasimində İlin ən yaxşı gənc futbolçusu açıqlanıb.

Metbuat.az xəbər verir ki, mükafata İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Qavi layiq görülüb.

18 yaşlı oyunçu səsvermədə Kərim Adeyemi, Cud Bellingem (hər ikisi "Borussiya" Dortmund, Almaniya), Eduardo Kamavinqa ("Real Madrid", ispaniya), Rayan Qravenberx, Camal Musiala (hər ikisi "Bavariya", Almaniya), Yoşko Qvardiol ("Leyptsiq", Almaniya), Nunu Mendeş (PSJ, Fransa), Bukayo Saka ("Arsenal", İngiltərə) və Florian Vitsi ("Bayer", Almaniya) geridə qoyub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR