Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib -

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.

Metbuat.az-a Dövlət Xidmətindən verilən məlumata görə, görüşdə “Dövlət satınalmaları haqqında” yeni Qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması, satınalma əməliyyatları və digər mövzular barədə müzakirələr aparılıb.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, ölkəmizdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, səmərəlilik və şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində görülən işlərdə Asiya İnkişaf Bankının rolunu qeyd edib.

Görüşdə qurumlar arasında digər sahələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR