Xəbər verdiyimiz kimi, Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb. Belə ki, son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov vəzifəsini tərk edib. Yerinə isə Maqsud Fərzullayev təyin edilib.
Metbuat.az xəbər verir ki, Arif Rəhimov mərhum gənclər və idman naziri Azad Rəhimovun oğludur.
Qeyd edək ki, yeni təyinat - Maqsud Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb. O, Avropa Oyunları, İslam Oyunları və Formula 1 Qran-prisində təşkilat komitəsinin tərkibində yer alıb.