Bakının bu küçələrində hərəkətin təşkilinə dair dəyişiklik edilib

Bakı şəhərində Qəzənfər Musabəyov, Cəfər Xəndan və 22-ci Dağlıq küçələrinin kəsişməsində dəyişiklik tətbiq edilib. Mürəkkəb yolayrıcında kəsişmənin həndəsi quruluşuna uyğun olaraq taktiki urbanizm elementlərindən istifadə olunmaqla dairəvi hərəkət təşkil olunub.

Metbuat.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, nəticədə kəsişmədə olan xaotik vəziyyət aradan qaldırılıb, hərəkət növbəliliyi təmin edilib.

Bununla da kəsişmədə qəza halları dəfələrlə azalıb və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

Qeyd edək ki, əvvəllər bu yol sahəsində 6 istiqamətdən gələn nəqliyyat axını tənzimlənmədiyindən ərazidə xaotik hərəkət hökm sürürdü. Nəqliyyat vasitələrinin nizamsız hərəkəti yolu keçmək istəyən piyadalar üçün əlvə risklər yaradırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR