Azərbaycanda 11-ci sinif şagirdi dərs zamanı

Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizova məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da dünyasını dəyişib.

İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürək tutması olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR