Xəbər verdiyimiz kimi, İsmayıllının Qalacıq kəndinə səfər edən vətəndaş problemlə üzləşib. Belə ki, bloqçu Pələng Kərimov şortik geyindiyinə görə, kənddə zorakılıqla qarşılaşıb.
Metbuat.az xəbər verir ki, Kərimov İTV-nin "Sabaha saxlamayaq" verilişində qarşılaşdığı problemlə bağlı danışıb. Yazıçı-kulturoloq Aydın Xan Əbilov Pələn Kərimovu şortik geyindiyinə görə sərt tənqid edib. O bildirib ki, bloqçu bu narazılıqla şortiki çıxarıb şalvarla dəyişdirməli idi:
"Azərbaycanda siz şortik geyinən babalarımızı nə vaxt görmüsünüz? Qardaş konflikt edib, sürücüyə hücum edib. Biz evimizdə necə istəsək, geyinə bilərik. Amma çölə çıxanda başqalarına hörmət etməliyik. Bu gün bu soyunur, sabah qız uşaqları soyunacaq. İndi ətəklər lap qısadır, şəhərə ailə ilə çıxmaq mümkün deyil. Nə oldu bu cəmiyyətə? Biz nəyə görə bu qədər soyunmağa meyilliyik?".
Pələng Kərimov isə kulturoloqla razılaşmayıb:
"Kənddə bununla bağlı hər hansı qadağa varsa, lövhə assınlar. Bizim adət-ənənəmizdə kiçiyə başa salırlar. Mən vətəndaşa hücum etməmişəm, evinə girməmişəm. Mən yoldan keçəndə narazılıq etdi, kameranı yandırıb bunu çəkəndə maşını saxlayıb üstümə gəldi".
Daha ətraflı videoda