Qərbi Zəngəzurda yaşayan ermənilər növbəti dəfə daşınmaz əmlaklarının qiymətlərini endirərək satışa cıxarıblar.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev deyir ki, 44 günlük vətən müharibəsindən bu günə qədər o ərazilərdə artıq dördüncü dəfədir ki, qiymət enmələri və əmlaklarını kütləvi satışa cıxarma prosesi müşahidə olunur.
"Qərbi Zəngəzurda daşınmaz əmlakların qiymətləri 2 il ərzində 100 faizdən 25 faizə düşməsinə baxmayaraq hec bir satış prosesi gercəkləşmir. Doxsanıncı illərin əvvəllərində Qarabağda yaşadıqlarımızı indi Zəngəzurda yaşayan ermənilər yaşayır. Azərbaycanda daşınmaz əmlakların qiymətləri sürətlə artır. Qiymətlər artdıqcada isə alıcı kütləsi çoxalır. Onlarda isə daşınmaz əmlakların qiymətləri nə qədər ensə də heç bir şəxs o ərazilərə sərmayə yatırmaq istəmir. Yaxşı bilirlər ki ən qısa zamanda o torpaqlar öz sahiblərinə qovuşacaq",- deyə Elnur Fərzəliyev bildirib.
Qeyd edək ki, müharibədən sonra Qərbi Zəngəzurda (Sünik) turizm dəfələrlə azalıb, nəticədə qonaq evləri bağlanıb, bir çox insan ağır durumla üzləşib. Azərbaycanla sərhədə çevrilən Qərbi Zəngəzur Ermənistan vətəndaşları və əcnəbilər üçün cəlbediciliyini itirib, çünki insanlar təhlükəsizlik məsələlərindən narahatdırlar. Müharibədən əvvəl Tatev və Gorus ən cəlbedici turizm istiqamətləri hesab olunurdu və çoxlu sayda erməni və xaricdən gələn qonaqlar həmin istiqamətə gedirdilər. Lakin 44 günlük müharibədən sonra Zəngəzura səfər edən turistlərin sayı kəskin azalıb.