Türkiyə lazer silah yaradır

Türkiyə lazer silah yaradır
12:38 19 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə lazer silah istehsal edəcək. Silahın prototipi artıq hazırdır. Bu barədə Trend “Vətən” qəzetinə istinadən xəbər verir.

2013-cü ilin mayında Türkiyənin Elmi-Texniki Araşdırmalar Şurası (TÜBİTAK) lazer silahın (YGLSS) yaradılması ilə bağlı təkliflə çıxış etmişdi. Ölkənin dəniz donanmasının bu silahla təchiz olunması planlaşdırılır.

Qəzetin məlumatına görə, lazer silahın yaradılması üçün dövlət tərəfindən 120 milyon lirə ayrılıb.

Silahın yaradılması üzərində Türkiyənin "Aselsan" hərbi-sənaye şirkəti və TÜBİTAK çalışır.

Layihə ölkənin Müdafiə Sənayesi Nazirliyi tərəfindən bəyənilib.

Layihə üzərində işlər 6 il davam edəcək və birinci mərhələdə lazer silahın iki modeli yaradılacaq. Silah Qara dənizdə sınaqdan keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR