Coşqun Diniyev ona qərəzli yanaşan baş hakimə belə “ürəyini boşaltdı” -

"Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev baş hakim Elçin Məsiyevə sərt etiraz edib.

Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb Premyer Liqanın 9-cu turunun "Sabah" - "Zirə" görüşünü (1:0) idarə edən referinin 84-cü dəqiqədə onu yersiz qırmızı vərəqə göstərməsidir.

Coşqun özünə qarşı edilən qayda pozuntusuna görə hakimə narazılığını normal şəkildə bildirdiyi halda, ikinci sarı vərəqənı qarşısında görüb və vaxtından əvvəl meydandan kənarlaşdırılıb.

Hakimin üzərinə gedən futbolçunu yalnız komanda yoldaşlarının müdaxiləsindən sonra kənara çəkmək mümkün olub.

Lakin o, paltardəyişmə otağına yollanarkən yolüstü baş hakimi xoşagəlməz sözlərə "qonaq" edərək, “ürəyini boşaldıb”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR