Rusiyanın səsləndirdiyi nüvə silahı ilə bağlı təhdidlərdən sonra Moskvada hər həftə 20-30 sığınacaq alınır.
Metbuat.az xəbər verir ki, bu barədə “Daily Star” qəzeti məlumat yayıb. Bildirilir ki, sığınacaqlara tələb hər gün artır. Məlumata görə, bu barədə müxtəlif yerlərdə elanlara da rast gəlmək olar. Reklamlarda əhaliyə yüksək keyfiyyətli və ucuz qiymətə sığınacaqlar təklif olunur. Reklama görə, ən ucuz sığınacaq 28400 sterlinqə satılır. Onun sahəsi 97 kvadratdır.
Yerli mənbələrin məlumatına görə, Rusiyada 1960-cı illərdə “soyuq müharibə” dövründə inşa edilən nüvə bombasına qarşı 16448 sığınacaq var. Lakin hələ illər əvvəl həmin sığınacaqların 95 faizinin istifadəyə yararlı olmadığı açıqlanmışdı.