Ukrayna ordusu İran PUA-sını ələ keçirdi -

Rusiya ordusunun Ukrayna şəhərlərinə hücumları davam edir.

Metbuat.az xəbər verir ki, ruslar Nikolayev vilayətini hədəfə alıblar. Vilayətdə bir neçə partlayış baş verib. Məlumata görə, hücumlar kamikadze dronları ilə təşkil edilib. Vilayətdə İran istehsalı olan 14 “Şahed” PUA-sının məhv edildiyi bildirilir. Prezident Vladimir Zelenski bildirib ki, son bir ay ərzində 233 “Şahed” pilotsuz uçuş aparatı məhv edilib.

Ukrayna mediası yazır ki, İran istehsalı 1 PUA zədəsiz Ukrayna ordusunun əlinə keçib. Məlumata görə, mütəxəssislər PUA-nın xüsusiyyətlərini öyrənməyə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR