"Qalatasaray" transfer" bombasını" partladır:

“Qalatasaray” transfer bombasını “partlatmaq” üçün hazırlıqlara başlayıb.

Metbuat.az Ntvspor-a istinadən xəbər verir ki, türkiyə təmsilçisi “Barselona”nın hücumçusu Memfis Depayı transfer etməyə çalışır. İddialara görə, Memfis Depay əsas heyətdə oynaya bilmədiyi üçün özü də klubdan ayrılmaq istəyir. Məlumata görə, Depayın klubdakı taleyi barədə qərarı baş məşqçi Xavi Hernandez mövsümün fasiləsində verəcək.Xavi dünya çempionatı bitəndən sonra Depayın oyununu dəyərləndirəcək.

İddia edilir ki, Depayın müqaviləsi gələn il bitəcəyinə görə, futbolçu gözləyib azad agent kimi də klubdan ayrıla bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR