Binəli Yıldırım Azərbaycanda qəzaya düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Yıldırım və Ayrımın vəziyyətləri yaxşıdır. Onlar tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Alan onları müşayiət etmək üçün Bakıda qalıblar.

Qeyd edilir ki, qəzaya uğramış nəqliyyat vasitəsinin sürücüsünün səhhəti yaxşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR