Binəli Yıldırım və Şamil Ayrımın qəzaya düşdüyü avtomobilin

Xəbər verdiyimiz kimi, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Cəbrayılda qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, onlar Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütamadi həkim nəzarəti altındadırlar. Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə Binəli Yıldırım, Şamil Ayrımın vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.

Türkiyənin "Takvim" nəşri Binəli Yıldırım və Şamil Ayrımın qəzaya uğradığı maşınının fotosunu yayıb. Həmin görüntünü təqdim edirik:

Binali Yıldırım'ın kaza geçirdiği araç hurdaya döndü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR