ATƏT Minsk qrupunun taleyindən nəticə çıxarmalıdır -

“ATƏT 30 il münaqişənin “sülh yolu ilə həlli” prosesi ilə məşğul olub, lakin bir dəfə də olsun işğal olunmuş ərazilərə missiya göndərməyib. Onun fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pullarını bölüşdürməsi və turist-qastrol səfərləri ilə kifayətlənib”.

Metbuat.az-a bu fikirləri siyasi şərhçi Kənan Novruzov deyib. Ekspert bu təşkilatın ümumiyyətlə heç bir münaqişənin nizamlanmasına töhfə vermədiyini xatırladaraq bildirdi ki, ATƏT 30 il Ermənistan-Azərbaycan münaqişəsi ilə “məşğul olublar”. Nəticəsi isə göz qabağındadır.

“İlk qonorar sevincini müəllimim Rəşad Məcid yaşadıb” -

Kənan Novruzov

Onlar 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə də “məşğul olublar” və bu gün Şərqi Avropada savaş davam edir. Cənubi Qafqazda üçüncü tərəflərin mövcudluğu həmişə Ermənistanın maraqlarına uyğun olub. Çünki beləliklə, İrəvan həmin güclərin arxasına sığınaraq təxribatlarını davam etdirə bilir. İkinci bir tərəfdən isə qarşı tərəf məhz vasitəçilərin möcvudluğunu əsas götürərək Azərbaycanı işğalda ittiham etməyə, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır. Ermənistanın tezislərinə görə, regionda vasitəçilərin, hansısa xüsusi missiyaların mövcudluğu konfliktin hələ bitmədiyini göstərir. Əslində isə münaqişə çoxdan həllini tapıb. Biz bunu beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişik. ATƏT - ə gəldikdə isə deməliyik ki, bu təşkilatın otuz il ərzində “nəyə qadir olduğunu” aydın görmüşük”.

K.Novruzov qeyd etdi ki, ötən müddət ərzində Qarabağın problemin həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürən Minsk Qrupu ATƏT- in altqrupudur. Minsk Qrupu 30 il ərzində heç bir ciddi atmadı, əksinə, problemin uzanması üçün çalışdı. Nəticədə öz işimizi özümüz gördük. Ekspert xüsusilə vurğuladı ki, ATƏT-in Ermənistana yerləşəcək missiyasından hansısa nəticə gözləməyə dəyməz. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan da ATƏT-in üzvüdür. Deməli, bu təşkilat regionla bağlı hansısa qərar qəbul edərkən mütləq Azərbaycanla da məsləhətləşməli, bizim də mövqeyimizi nəzərə almalı idi. Amma belə olmadı.

“ATƏT hələ ki, rəsmi Bakıya müraciət etməyib. Bu isə sözügedən qurumun İrəvanın hamısı kimi çıxış etdiyinə dair əsaslı şübhələr yaradır. Ümumiyyətlə, əvvəllər də dediyimiz tezisi bir daha xatırlatmaq yerinə düşür: biz Türkiyə istisna olmaqla, istənilən üçüncü qüvvənin proseslərə müdaxilə imkanının minimum olmasına çalışmalıyıq. Əks halda sabitlik, regional əməkdaşlıq təmin olunmayacaq. Çünki üçüncü qüvvələr proseslərə öz maraqları aspektindən yanaşırlar. Biz bunu dəfələrlə görmüşük. Bu gün Azərbaycan təkcə regional yox, həm də beynəlxalq siyasi aktordur. Deməli, ATƏT bizə lazım olduğu kimi, biz də bu təşkilata gərəkliyik. Qərəzli, qeyri - obyektiv vasitəçilərin hansı taleyi yaşadığı Minsk Qrupunun timsalında ATƏT- ə yaxşı məlumdur. Əgər ATƏT Bakı üçün tarixin tozlu səhifələrində yer almaq istəmirsə, Minsk Qrupunun taleyindən nəticə çıxarmalıdır”.

Politoloq Turan Rzayev də, “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupu Ermənistana səfərini düzgün hesab etmir:

“Birincisi, “ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrup ATƏT mandatına malik deyil. Yəni bu qrupun çıxaracağı hər hansı bir nəticə və ya hesabat ATƏT sənədi kimi qəbul edilə bilməz. İkincisi, bu təşəbbüsü Ermənistan irəli sürüb. Rəsmi Bakının belə bir tələbi olmayıb. Bu isə o deməkdir ki, qiymətləndirmə obyektiv deyil, məhz İrəvanın narahatlıqlarına dəstək olmaq məqsədi ilə aparılacaq. Birtərəfli təşəbbüs bir neçə iştirakçı dövlətdən olan bir qrupun şəxsi səfərindən başqa bir şey deyil. Üçüncüsü, Azərbaycanın işğal olunmuş ərazilərində 2020-ci ilə qədər rəsmi Bakının belə missiyası ilə bağlı müraciəti Ermənistanın müqaviməti nəticəsində baş tutmayıb. Nəticə etibarilə ATƏT 30 ilə yaxın davam edən erməni işğalı dövründə bu cür təşəbbüs irəli sürsə idi, mənasız olardı. ATƏT missiyası Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət etməkdən uzaqdır”, - deyə Turan Rzayev şərh edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR