Milli komanda dünya çempionatından uzaqlaşdırıla bilər -

İranda bir qrup futbolçu və futbol mütəxəssisi İran milli komandasının dünya çempionatından uzaqlaşdırılması tələbi ilə FİFA-ya müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, məktubda çox sayda tanınmış idman nümayəndəsinin tələbi əks olunub. Məktubda qeyd edilir ki, öz xalqına qarşı qəddarlıq nümayiş etdirən İranın futbol üzrə milli komandası çempionatda iştirak etməməlidir. Müəlliflər qeyd ediblər ki, İranda bir sıra futbolçular dövlət tərəfindən təqib və təzyiqə məruz qalıblar. Müəlliflər həmçinin İranın FİFA üzvlüyündən çıxarılmasını tələb ediblər.

Qeyd edək ki, gələn ay başlayacaq DÇ-2022-də İran millisi İngiltərə, Uels və ABŞ komandaları ilə eyni qrupda yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR