"Sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənilib" -

1 oktyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar kredit qalığı 858,4 mln. ₼ olan 5.035 müraciətə baxılaraq 70,4 mln. ₼ faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında məlumat verib.

"5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənilib", - nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR