Binəli Yıldırımın yaralandığı qəzanın səbəbi

Xəbər verdiyimiz kimi, oktyabrın 21-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrım Zəngilanda qəzaya düşüb. Hər iki şəxs, həmçinin mühafizəçi Oğuzhan Dəmirçi helikopterlə Bakıya gətirilərək xəstəxanaya yerləşdirilib.

Metbuat.az "Sabah"a istinadən xəbər verir ki, nümayəndə heyəti Zəngilan Hava Limanına yola düşən zaman Binəli Yıldırım və Şamil Ayrımın əyləşdiyi avtomobilin ön təkəri partlayıb və qəza baş verib.

Avtomobildə olan Binəli Yıldırım və millət vəkili Şamil Ayrımı konvoydakı digər şəxslər maşından çıxarıblar. Onlara ilk tibbi yardımı Türkiyə Prezidentinin həkim qrupu göstərib.

Qeyd edək ki, Prezident İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.

Həmçinin oxuya bilərsiniz: Qəzaya düşən Binəli Yıldırımın xəstəxanadan görüntüləri - FOTOLAR



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR