Gələcəyin əsgəri, 13 yaşlı Həmdullanın köməyinizə ehtiyacı var -

Muradov Həmdulla Murad oğlunun xeyirxah insanların köməyinə ehtiyacı var.

Metbuat.az xəbər verir ki,13 yaşlı yeniyetmə bir müddətdir ki, limfosit leykoz xəstəliyindən müalicə olunur. Bu barədə saytımıza açıqlama verən Həmdullanın atası Murad Muradov bildirdi ki, övladının müalicəsi bir müddətdir dövlətin dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilir.


Hazırda ailənin çətinliyi uşağın müalicədən sonrakı dövrdə sağlamlıq imkanlarının bərpası və digər xərclərlə bağlı yaranıb. Uzun müddət ağır dərman müalicəsindən sonra Həmdullanın orqanizmi zəifləyib. İndi ona yaxşı qidalanma və digər ehtiyacları üçün kömək lazımdır.

Məlumat üçün bildirək ki, limfosit leykoz xəstəliyinin müalicəsi “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” çərçivəsində həyata keçirilir.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirdilər ki, limfosit leykoz xəstələri tibbi xidmətdən yararlanmaq üçün TƏBİB-in tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində müraciət edərək qeydiyyata düşə və müvafiq tibbi xidmətlərdən yararlana bilərlər.

Həmdulla Muradova kömək etmək istəyən şəxslər üçün hesab nömrəsi:

Bank Respublika -Neokart - 5235 2222 3556 0550


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR