Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salındı

Ötən gün Qarabağda qəzaya düşən AKP sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Cənab Prezident İlham Əliyev Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan qardaşımıza klinikada baş çəkib. Diqqətinə görə cənab Prezidentə çox təşəkkür edirəm. Var olsun".

Diplomat hər üç şəxsin vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanı yolunda qəzaya düşüblər. Hadisədən sonra hər üç şəxs helikopterlə Bakıya gətirilib. Onlar profilaktika məqsədilə xəstəxanaya yerləşdiriliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR