"Bakıda qanunsuz piket keçirilməsinin qarşısı alınacaq" -

"Bakıda qanunsuz piket keçirilməsinin qarşısı alınacaq".

Metbuat.az xəbər verir ki, bunu mətbuatın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

"Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) icra hakimiyyətinin önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib. Buna baxmayaraq, həmin partiyanın bir qrup üzvü piketin keçiriləcəyi haqda sosial şəbəkələrdə məlumatlar paylaşırlar.

Piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz. Ona görə də 2019-cu ildə qeydə alınmış analoji neqativ halın təkrarlanmasına imkan verilməyəcək, cəhd ediləcəyi təqdirdə isə qarşısı alınacaqdır", - DİN rəsmisi bildirib.

Xatırladırıq ki, qanunvericiliklə icazə verilməyən yerlərdə kütləvi tədbirlərin keçirilməsinə görə təşkilatçılar məsuliyyət daşıyırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR