Britaniyada Baş nazir postu uğrunda savaş -

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yenidən hökumət başçısı postu uğrunda mübarizə aparacaq.

Metbuat.az xəbər verir ki, Liz Trassın istefasından sonra Conson Karib adalarındakı istirahətini yarımçıq qoyaraq, Londona qayıdıb. Yerli mənbələr iddia edir ki, Consonun yenidən Baş nazir olmaq şansları digər rəsmilərlə müqayisədə daha çoxdur. Ona güclü rəqib isə keçmiş maliyyə naziri Ruşi Sunak ola bilər.

Qeyd edək ki, Britaniyanın indiki müdafiə naziri Ben Uollesin baş nazir postuna iddia edəcəyi gözlənilsə də, o, Boris Consonu dəstəkləyəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR