İkardi Naranı ifşa etdi -

Argentina mediası Vanda Naranın “Qalatasaray”ın futbolçusu Mauro İkardini bağışladığına dair xəbərlər paylaşıb.

Metbuat.az xəbər verir ki, sosial media hesabında xəbərə reaksiya verən Nara iddiaları rədd edib. O bağışlanacaq bir şey olmadığını və ayrıldıqlarını qeyd edib. Naranın açıqlamasına Mauro İkardi isə belər reaksiya verib:

“Bir neçə gün əvvəl Argentinaya gələndə ayrıldığımız kimi? Əla vaxt keçirdik”.

Sosial media istifadəçiləri iddia edib ki, ola bilər tərəflər sadəcə yaxınlıq etmək üçün görüşürlər. Qeyd edək ki, xarici KİV-lər Mauro İkardinin Vanda Naraya görə, futboldan imtina etməyə hazır olduğunu yazır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR