Azərbaycan alimləri Stenford Universitetinin 2022-ci ilin reytinq siyahısında yer alıb

2020-ci ildən başlayaraq hər il Azərbaycan alimlərinin adları da Stenford Universitetinin reytinq siyahısına seçilir.

Metbuat.az xəbər verir ki, artıq 3 ildir ardıcıl olaraq informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə Azərbaycan Respublikasından bu nüfuzlu reytinq siyahısına İnformasiya Texnologiyaları İnstitutunun alimləri – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev və bu institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin adları daxil edilir.

Qeyd edək ki, 2019-cu ildən başlayaraq hər il ABŞ-ın Stenford Universiteti Scopus bazasının elmmetrik göstəriciləri əsasında elmin 22 sahəsi üzrə dünyanın nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Reytinq siyahısı, baş ofisi Amsterdam şəhərində yerləşən, dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Alimlər məqalələrin sayı, istinadların ümumi sayı, Hirş indeksi və s. kimi göstəricilər nəzərə alınmaqla çoxmeyarlı qiymətləndirilir. Belə ki, bu elmmetrik göstəricilər əsasında yeni inteqrativ göstərici hesablanır və alimlər bu göstəriciyə nəzərən ranqlaşdırılır. Sonra onların arasından siyahının ilk 2%-nə daxil olan alimlər seçilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR