Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrünə nisbətən 32,2 % artaraq 6 222 milyon manat olub.

Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə məlumat verib.

"Bu sahədə artım ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyatda 139,1%, ticarətdə 66,8%, kənd təsərrüfatında 45,8%, sənayedə 19,7%, xidmətdə 17,1%, tikintidə 16,8%, bank və sığortada 14%, rabitədə 6,7%, digər sahələrdə isə 20,7% təşkil edib", - deyə nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR