Azərbaycan cüdoçusu bürünc medal qazandı

Balabəy Ağayev Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Metbuat.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə -60 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Balabəy Ağayev bürünc medal qazanıb.

O, üçüncü yer uğrunda görüşdə həmyerlisi Turan Bayramovu məğlub edib. Nəticədə Turan Bayramov yarışı 5-ci yerdə tamamlayıb.

Qadınların mübarizəsində -48 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva isə 7-ci yerlə kifayətlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR