Politoloqdan Palloneyə TƏKLİF:

ABŞ Nümayəndələr Palatasının üzvü Frenk Pallone açıqlama verərək bildirib ki, "Azərbaycan sülh müqaviləsinin iştirakçısı kimi anlamalıdır ki, "Dağlıq Qarabağ"ın statusu var. Orada erməni mədəniyyətini və xalqını qoruyub saxlamaq üçün ona hansısa muxtariyyət verilməlidir".

Politoloq Samir Hümbətov deyir ki, Pallone tərəfindən söylənilən bu fikirlərin arxasında ABŞ-də noyabrda keçrilməsi nəzərdə tutulan seçki və ermöni lobbisindən alınan pullar dayandığını demək mümkündür.

"Bundan əlavə, Palloneunun söylədiyi bu fikirlərdən sonra ortaya bir neçə maraqlı təklif ortaya çıxır. Hesab edirəm ki, burada Palloneyə izah etmək lazımdır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin sayı 30 minə çatmasa da, ABŞ-də yaşayan ermənilərin sayı 3 milyandan artıqdır ki, bunun da əksəriyyəti Kaliforniya Ştatında yaşayır. O zaman rahatlıqla Kaliforniya Ştatında yaşayan ermənilər üçün status vermək və adını dəyişib Arsax qoymaq olar. Məncə bu zaman həmin şəxslər həm də erməni lobbisindən daha çox dəstək ala bilərlər. Beləliklə, həm ermənilər, həm də onlara dəstək verənlər məmnun qalar".

Politoloq Turan Rzayev isə düşünür ki, F.Pallonenin indiki məqamda belə bir təklif irəli sürməsi də əslində təsadüfi deyil.

"Qeyd edim ki, “danışıqlar” prosesi dövründə rəsmi Bakının prosesin diplomatik və dinc yolla həll edilməsi üçün yüksək muxtariyyət təklifi olub. Lakin bu təklif proses dinc yolla həll ediləcəyi təqdirdə keçərli idi. Nəticə etibarilə proses Bakının 44 günlük müharibə ilə torpaqları işğaldan azad edilməsi ilə yekunlaşdı və indiki məqamda belə bir təklif keçərli deyil.Prezident İlham Əliyev də dəfələrlə çıxışında qeyd edib ki, ermənilərə heç bir muxtariyyət verilə bilməz".

Onu da bildirək ki, F.Pallonenin bu təklifindən erməni tərəfi də narazı qalıb. Belə ki, “rejimin” qondarma XİN F.Pallonenedən açıqlama tələb edib. Turan Rzayev bu məsələyə münasibətində söylədi ki, ermənilərin bu reaksiyası gözdən pərdə asmaqdan başqa bir şey olmadığı açıq-aydındır. İndiki məqamda Qarabağa muxtariyyət verilməsi ermənilər üçün ən arzuolunan nəticədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR