Muxtar Babayev qazaxıstanlı həmkarı ilə görüşüb

Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan Respublikasının ekologiya, geologiya və təbii sərvətlər naziri Serikkali Berekeşef ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Metbuat.az bu barədə Nazirliyə istinadən xəbər verir.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclası çərçivəsində baş tutan görüşdə ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR