Aeroport yolunda ağır qəza:

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda piyada - 1986-ci il təvəllüdlü Xalıqov Zaur Aydın oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Sürücü xəsarət almış piyadanı xəstəxanaya aparararkən Z.Xalıqov yolda dünyasını dəyişib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparılır.

Aeroport şossesində piyadanı vuraraq öldürən sürücü həkim olub. Hadisəni törədən Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyə şöbəsinin həkimidir. O, yaralı piyadaya ilkin tibbi yardım göstərib. Daha sonra yaralını xəstəxanaya aparmağa çalışıb. Buna baxmayaraq piyada yolda ölüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR