AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi "Zirə-2" komandasına texniki məğlubiyət verib.

Metbuat.az Assosiasiyaya istinadən xəbər verir ki, 19 oktyabr tarixində keçirilən I Divizionun VIII turunun “Zirə-2” – “Mingəçevir” oyununda “Zirə-2” klubu matç zamanı əvəzetmə qaydası ilə bağlı nəzərdə tutulmuş limiti pozub.

Bu səbəbdən “Zirə-2” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir və 400 manat cərimə olunub.

Həmçinin I Divizionun VIII turunun “Zirə-2” – “Mingəçevir” oyununda iclasda stadion xidmətinin nümayəndəsi iştirak etmədiyi üçün “Zirə-2” klubu 80 manat cərimə olunub.

I Divizionun VIII turunun “Zirə-2” – “Mingəçevir” oyununda nəzarət buraxılış xidməti nümayəndəsi Mübariz Hüseynov iclasa 10 dəqiqə gecikdiyi üçün “Zirə-2” klubu 40 manat cərimə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR