Bu gün, 24.10.2022-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, maxe, kiçik çavuş Teyyublu Çərkəz Vidadi oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
Metbuat.az xəbər verir ki, Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Şəhidin ailə üzvləri, yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 24.10.2020 ci il tarixdə Şəhid olmuş Teyyublu Çərkəz Vidadi oğlunun Şonqar qəsəbəsində yerləşən məzarını ziyarət edib, məzarın üzərinə gül dəstələri qoyub, Şəhidin ailəsinə baş çəkiblər.
Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət edib, , onları narahat edən problemləri dinləyib. Şəhidin valideynləri cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.