Krımı və bütün Ukrayna torpaqlarını azad edəcəyik -

“Dövlətimizin azadlığını müdafiə etdik. Rusiya bunu dəyişdirə bilməz”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Rusiyanın işğal etdiyi ərazilər azad edilir. Zelenski bəyan edib ki, ordu Ukraynanın bütün ərazilərini işğaldan azad edənə qədər mübarizə aparacaq. “Xerson, Xarkov, Donetsk, Luqansk, Zaporojye, Krım və bütün Ukraynanın azad edilməsi üçün mübarizə aparırıq” deyən Zelenskinin sözlərinə görə, Kiyev uğur qazandıqca inam artır.

Zelenski bildirib ki, Ukraynada sülhü təmin etmək üçün çalışan hər kəs, eyni zamanda dünyanın sabitliyi üçün mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR