Ünvanlı sosial yardım nə qədər artacaq? -

Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarının bərabər məbləğdə - 246 manat olması nəzərdə tutulur. Bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir. Beləliklə, 2023-cü ildə yaşayış minimumu 2022-ci illə müqayisədə 17,15%, ehtiyac meyarı isə 23% çox olacaq.

Metbuat.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov "Arb 24" kanalında bu bərabərləşdirmənin önəmini açıqlayıb. Ekspert bildirib ki, məsələn, əgər bir ailədə 5 üzv varsa, ailənin xərci hesablanan zaman həmin üzvlərin xərci ehtiyac meyarına vurulacaq. Növbəti ildə isə bu rəqəm 246 rəqəmdir və 5-ə vurulacaq:

"Həmin ailənin gəliri ehtiyac meyarından çıxılır. Yaşayış minimumu və ehtiyac meyarının bərabərləşdirilməsi ilə daha həssas qruplar dövlət büdcəsindən daha çox yardım ala bilər. Ünvanlı sosial yardımdan istifadə edənlərin sayı kifayət qədər çoxdur. Bundan sonra isə onlar daha böyük məbləğdə yardım ala biləcəklər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR