Azərbaycanda toyda "zakaz" üstündə dava

Oktyabrın 23-də Qazaxda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Burada qonaqlar arasında mübahisə baş verib.

Belə ki, 25 yaşlı Elmar Elşən oğlu Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb.

Mübahisə getdikcə böyüyüb və nəticədə E.Rəfiyev qarnından bıçaqlanıb.

Faktla bağlı polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törədən Ə.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR