"Adidas" dünyaca məşhur müğənni ilə işbirliyini dayandırdı

Dünyaca məşhur idman geyim şirkəti "Adidas" reper və müğənni Kanye Uest ilə əlaqələri kəsdiyini təsdiqlədi.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət səbəb kimi reperin nifrət nitqi və təhqiredici davranışları kimi göstərilib:

"Adidas antisemitizmə və hər hansı digər nifrət nitqinə dözmür. Kanyenin son şərhləri və hərəkətləri qəbuledilməz, nifrət dolu və təhlükəlidir olub və onlar şirkətin müxtəliflik və inklüzivlik, qarşılıqlı hörmət və ədalət dəyərlərini pozur", - şirkətin açıqlamasında deyilib.

Adidas, Kanye ilə ortaqlığı hərtərəfli nəzərdən keçirdikdən sonra dayandırdığını açıqlayıb və "Yeezy" markalı məhsulların istehsalına son qoyaraq reper və onun şirkətlərinə bütün ödənişləri dayandıracaq.

Kanye son zamanlarda yəhudi xalqına qarşı nifrət nitqi,"ağların həyatı önəmlidir" kimi irqçi rəylərlə etirazlara səbəb olub.

Bir hesabata görə, bir sıra digər şirkətlər, o cümlədən lüks moda markası "Balenciaga", "Vogue" və hətta bank nəhəngi "JPMorgan" da daxil olmaqla, Kanye ilə əlaqələri kəsməyi düşünürlər.

Qeyd edək ki, alman şirkəti "Adidas" Kanyenin "Yeezy" brendi ilə birlikdə idman ayaqqabısı istehsal edib satmışdı.

"Bloomberg" "Yeezy"nin 2020-ci ildə "Adidas" ilə müqaviləsindən 191 milyon dollar qonorar əldə etdiyini bildirdi. Kanyenin "Adidas" ilə müqaviləsi isə 2026-cı ildə başa çatmalı idi.

"Adidas" sözçüsü daha əvvəl "Adidas"ın "Yeezy" ilə tərəfdaşlığı sənayelərinin tarixindəki ən uğurlu əməkdaşlıqlardan biri olduğunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR