Tıxac olmaması üçün sürücülər bu qaydalara əməl etsin

Tıxac probleminin köklü həlli ancaq sistem və idarəetmə fəlsəfəsinin dəyişməsindən, Bakının yükünün azaldılmasından, iqtisadi-sosial fürsətlərin ölkə üzrə bərabərəyaxın yayılmasından keçir ki, bu da ciddi zaman alan məsələlərdir.

Metbuat.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, tıxac məsələlərində sürücülərin də məsuliyyətsizliyi rol oynayır. Ona görə də o, ilkin olaraq bu qaydalara əməl etməyə çağırıb:

1. Parklanma məsələsi – heç olmasa ikinci, hətta üçüncü cərgədə maşını park edib qəza işıqlarını yandırıb harasa getmək lazımdır;

2. Əsas yolda olan sürücü yol üstünlüyündən sui-istifadə etməməlidir - əgər ikinci yolda dayanan şəxsin keçmək üçün fürsəti yaranırsa, dərhal sürəti artırıb ona mane olmaq əvəzinə azacıq diqqət göstərmək və ən azı bir maşının “yükünü” azaltmalısan; nəzərə almalısa ki, eyni situasiyada sabah sən özün ola bilərsən;

3. Zolaqlara ciddi əməl edilməlidir – tez-tez zolaq dəyişən anlamalıdır ki, etdiyi manevr yolda ümumi sürəti bir az da azaldır, tıxac daha da artır və sən tez çatmaq istədiyin yerə daha gec çatırsan;

4. Piyada zolaqları – piyada ona verilən bu yolkeçmə hüququndan sui-istifadə etməməlidir, yolu sürətlə keçməlidir. Və yaxud ən azı 2-3 nəfər yığıldıqdan sonra yol zolağına ayaq qoymaq lazımdır.

Ekspert bildirib ki, hər kəsin diqqətli, anlayışlı davranması ömrümüzün tıxaclarda məhv olmaması üçün lazımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR