"Qarabağ"ın futbolçusu ikinci dəfə ata oldu -

"Qarabağ" futbol klubunun monteneqrolu futbolçusu Marko Veşoviç ikinci dəfə ata olub.

Metbuat.az xəbər verir ki, 31 yaşlı futbolçunun Zoe adlı qızı dünyaya gəlib. Marko və Tamara Veşoviç cütlüyünün ilk övladları da qızdır.

Qeyd edək ki, 29 nömrəli Marko Veşoviç 2021-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur. Müqavilənin müddəti 2 ildir. Veşoviçin son klubu "Legiya" (Polşa) olub.
Bir 1 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR