Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılardan ibarət milli komandanın heyətini müəyyənləşdirmək üçün seçim turniri keçirmək barədə qərar qəbul edib.

Metbuat.az Federasiyaya istinadən xəbər verir ki, İsraildə dünya çempionatında iştirak edəcək millinin dörd üzvü seçim turnirinin nəticəsinə əsasən məlum olacaq

Turnirin təşkilində əsas məqsəd son aylar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticə göstərən şahmatçılara milli komandada çıxış etmək imkanı yaratmaqdır.

Yarışda Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı iştirak edir.

Qeyd edək ki, şahmat üzrə komandalar arasında dünya çempionatına noyabrın 19-da İsraildə start veriləcək. Dairəvi sistemlə təşkil olunan turnir oktyabrın 29-da yekunlaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR