Azərbaycan millisinin üzvü narkotik satırmış -

Azərbaycanı təmsil edən bolqar əsilli qadın ağırlıqqaldıran Boyanka Kostova həbs olunub

Metbuat.az Bolqarıstan mediasına istinadən xəbər verir ki, idmançı narkotik maddələrin satışında təqsirləndirirlir.

Belə ki, keçən il Moskvada keçirilən Avropa çempionatında da birinci yeri tutan atletin dopinq testinin müsbət çıxması səbəbindən titulu əlindən alınıb. Bu, 29 yaşlı idmançının ikinci antidopinq qayda pozuntusu olduğu üçün onun yarış hüququ səkkiz il müddətinə dayandırıldı.

Kostova yaşadığı blokun qarşısında narkotik maddə satarkən polis tərəfindən tutulub və məhkum edilib.

Ağır atlet ilkin olaraq 8 ay Plovdivdə istintaq təcridxanasında yatıb. Məhkəmədə ittiham tərəfi onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Kostovanın məşqçisi Laçezar Kişkilovun sayəsində məhkəmə onun xeyrinə qərar verib və hətta onun gələn ay azadlığa çıxa biləcəyi gözlənilir.

Qeyd edək ki, 2011-ci ilə qədər Boyanka Kostova Bolqarıstan üçün yarışıb və bu müddətdə Sinqapur 2010-da Yeniyetmələrin Olimpiya Oyunlarının Bolqarıstanın ilk çempionu olub. Bundan əlavə, o, yeniyetmələr arasında dünya çempionu oldu (Çiang May 2009) və 2010-cu ildə Minsk çempionatında Avropa gənclər arasında ikinci olub.

Qeyd edək ki, o, 2015-ci ildə Azərbaycanı təmsil eədərk Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısı olub. Onun, həmçinin Avropa çempionatından üç qızıl və bir gümüş medalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR