Yataqxanada yanğın -

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub.

FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib.

Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR