"Ölü" Minsk qrupu nə istəyir? -

Son günlər Minsk qrupunun hər üç üzvü, o cümlədən bəzi regional dövlətlərin ictimai adamları, millət vəkilləri, rəsmiləri və mediası tərəfindən Azərbaycana qarşı davamlı olaraq təbliğat aparır.

Metbuat.az xəbər verir ki, Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov baş verənlərə münasibətdə bildirdi ki, həm Qərb, həm Rusiya, həm də İran ciddi şəkildə Azərbaycana pressinq edərək hansısa maraqlarının Bakı tərəfindən qəbul olunmasını istəyirlər.

"Bu təbliğata BBC-nin də qoşulması və daxilimizdə bəzi "siyasi fəalların" adı şəkilən "xəbər carçısı"na Bakını tənqid edən şərhlər vermələri, sözsüz ki, birmənalı qarşılana bilinməz. Rusiya, İran, Fransa kanallarında , o cümlədən BBC- də gedən sujetə, o cümlədən Parisin noyabrın ortasında Azərbaycana qarşı qətnamə qəbul etmək fikrində olması və bütün digər məqamlara baxmayaraq sonda Bakının istədiyi olacaq. Azərbaycan- Ermənistan arasında danışıqlara müdaxilə edən və əldə edilən razılıqların icrasının qarşısını almaq istəyən, razılaşdırılmış sülh müqaviləsinin qaralamasını yayan müəyyən dövlətlər öz məqsədlərinə çatmayacaqlar",- deyə Z.Məmmədov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR