Aysusuz iki il -

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından iki il ötür.

Metbuat.az xatırladır ki, 2020-ci ilin oktyabrın 27-də "Smerç" raketləri ilə həyata keçirilən xain hücum beş kənd sakininin həlak olması ilə nəticələnib. Onlardan biri də 7 yaşlı Aysu idi.

Aysu İsgəndərova 2013-cü il iyulun 15-də Bərdə rayonunun Qarayusifli kəndində anadan olub. Vətən müharibəsi zamanı o, Qarayusifli kənd tam orta məktəbində 2-ci sinifdə oxuyurdu.

Atası deyir ki, məktəb paltarları almaq üçün onunla birlikdə şəhərə məktəb paltarları almağa gedib. Aldığı məktəbli əşyalarını isə Aysu heç məktəbə apara bilməyib: "Nəyi var, yığmışam qəbri üstünə. Aysunun çoxlu arzuları var idi, deyirdi məni apar hazırlığa, müəllim yanına. Deyirdim ki, Aysu, qoy işlərimi qurtarım aparacam. Həyətdə bir az əkin əkmişdim, Aysu deyirdi ki, bunun pulunu kimə verəcəksən? Deyirdim, sənə verəcəyəm. Evdə bir ağ xalatı var idi. Geyinib "ata, mən həkiməm" deyirdi.

Aysunun atası Rövşən İsgəndərov həmin dəhşətli günü belə xatırlayır:"Kənddə işləyən zaman göydə partlayış oldu. Sevindik ki, bizimkilər göydə vurub partlatdı. 5-6 saniyə keçmişdi ki, atılan raketlərdən biri kəndə düşdü. Traktorla gəlirdim, gördüm ki, yol boyu hamı biz tərəfə qaçır. Evə çatanda raketin biz tərəfə düşdüyünü gördüm. Qışqırıb həyat yoldaşımı çağırdım, gördüm ki, yoxdur. Sonradan xəbər tutdum ki, qonşumuz Məhəmməd dayıgilə gedib. Kimsə mənə dedi ki, sənin uşaqların buradadır. İki uşağıma heç nə olmasa da, Aysunu yerə uzatmışdılar, qan içində idi"


aysu isgəndərova - Sözaltı Sözlük

Ermənilərin öldürdüyü 7 yaşlı Aysun dəfn olundu - Fotolar

Ermənilərin qətlə yetirdiyi yeddi yaşlı mələkdən sonra nələr baş verib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR