Rusiyadan dəhşətli plan -

Rusiya qismən səfərbərlik çərçivəsində orduya cəlb edilən hərbçiləri əsasən Xersona yerləşdirir.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, Rusiya Xersonda küçə döyüşlərinə hazırlıq aparır. Kəşfiyyat hesab edir ki, Rusiya elit qüvvələrin rahat manevrlər edə bilməsi üçün orduya cəlb edilən yeni hərbçiləri “yem” kimi istifadə edəcək. Kəşfiyyatın məlumatına görə, Rusiya tərəfi Xersonda mühasirəyə düşməkdən qorxduğu üçün güclü müdafiə qurur.

Qeyd edək ki, Xerson ilhaq edilmiş ərazilərdən krıma gedən tək quru yolu olduğu üçün strateji əhəmiyyət daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR