Yeni Qanuna əsasən, qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı keçirilən mətbuat konfransında deyilib.
Qeyd edilib ki, eyni zamanda müxtəlif xəstəlik adlarının hallanmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq.