Korotçenkodan qorxulu açıqlama -

“Mümkün nüvə müharibəsi zamanı Rusiya ABŞ və Böyük Britaniyanı yer üzündən siləcək”.

Metbuat.az xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib. O bildirib ki, Rusiya müharibə zamanı ABŞ və Britaniyanı hədəfə alacaq. Rusiyanın dövlət televiziyasına açıqlamasında Korotçenko qeyd edib ki, Fransanın mümkün nüvə müharibəsində iştirakı sual altındadır. Korotçenko jurnalistin “Rusiyaya ilk nüvə hücumunu kimlər edə bilər?” sualına, “ABŞ və Britaniya” cavabını verib. O, Rusiyanın nüvə təlimlərinə belə münasibət bildirib:

“Bu təlim deyil, real döyüş olsaydı, Böyük Britaniya Atlantik okeanının altında qalacaqdı. ABŞ-ın yerində isə Stalinin adını dayışan yeni dəniz boğazı olacaqdı. Təlimlər şantaj deyil. Əgər vurulsaq həqiqətən nə edəcəyimizin nümayişi idi”.

Qeyd edək ki, Rusiya nüvə təlimləri keçirib. Təlimləri Vladimir Putin onlayn izləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR